Xəzər Xəbər

Bakıda bazarda güclü yanğın başladı, yollar bağlandı VİDEO

Veb TV | 16:26 • 22 Avqust 2019
Bakıda bazarda güclü yanğın başladı, yollar bağlandı

"Baksol” yolu adlanan ərazidəki taxta bazarında baş verən yanğınla əlaqədar qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.

Publika.az-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.

Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələrini xahiş edirik.

***

Bakıda yanğın başlayıb.

Yanğın Nərmanov rayonunda, Dərnəgül ərazisində yerləşən taxta bazarında baş verib.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə biriqadası cəlb olunub. (oxu.az)

Xəbər lenti