Xəzər Xəbər

Bakıda maşınları əzən, insanlara qorxu yaşadan dana belə zərərsizləşdirildi - VİDEO

Veb TV | 19:33 • 10 Avqust 2019
Bakıda maşınları əzən, insanlara qorxu yaşadan dana belə zərərsizləşdirildi -

Qurbanlıq üçün Bakıya gətirilən dana Ziya Bünyadov prospektində problemlər yaradıb. 

Xezerxeber.az-ın məlumatına görə, ipi qırılan heyvan Ziya Bunayadov propektində bir avtomobili əzib, sürücü və sərnişin yüngül xəsarət alıb. 

Kimi əlində balta, kimi taxta parçası, kimi də ip götürərək dananın arxasınca düşüb. Bundan sonra yaralı heyvan daha da qızışıb və ətrafdakılara hücum etməyə başlayıb.

Uzun müddət böyük prospektdə hərəkəti iflic edən dananın tutulması üçün əraziyə polis əməkdaşları və avtomobilləri cəlb edilib. Nəhayət, dananın insanlara ziyan vurmasının qarşısı alınıb.

Bunun bağlı görüntüləri isə videobloqer Elvin Hüseynzadə çəkib.

Dana uzun qaçışdan sonra polis tərəfindən zərərsizləşdirilib və kəsilərək sahibinə verilib.

Dananın sahibi olan qəssab bildirib ki, iplər köhnə olduğundan qırılıb və heyvan qaçıb.

O, vətəndaşlara dəyən ziyanın ödəniləcəyini bildirib.

Qeyd edək ki, bu hadisə digər qəssablara dərs olmalı və təhlükəsizlik tədbirləri artırılmalıdır. Çünki bu kimi hadislər hətta insan tələfatı ilə də nəticələnə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti