Xəzər Xəbər

Ermənistan sərhəd döyüş məntəqəsini atəşə tutub, bir əsgər yaralanıb - FOTO

Gündəm | 11:41 • 18 İyul 2019
Ermənistan sərhəd döyüş məntəqəsini atəşə tutub, bir əsgər yaralanıb -

Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yember­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub.


Dövlət Sərhəd Xidmətindən (DSX) xezerxeber.az-a verilən məlumata görə, cavab atəşi ilə düşmən susdurul­ub.


Hadisə zamanı DSX-nın Sərhəd Qoşun­la­rının "Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yara­lanıb.


Sər­hədçi əsgərə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilib və hazırda həyatı üçün təh­lükə yoxdur.


DSX-nın rəisi general-polkovnik Elçin Qu­li­yev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi he­yəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da güclən­diril­məsi istiqamətində müvafiq tapşırıqlar verib.

Xəbər lenti