Xəzər Xəbər

Aeroport yolunda ağır qəza - "Lexus" aşdı - VİDEO

Veb TV | 09:41 • 15 İyul 2019
Aeroport yolunda ağır qəza - "Lexus" aşdı -

Heydər Əliyev prospekti - Hava limanı yolunda ağır qəza baş verib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, "Mercedes" markalı avtomobillə "Lexus" markalı avtomobil toqquşub.

Qəza nəticəsində"Lexus" markalı avtomobil aşıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində xəsarət alanlar var.

Hadisə yerinə polis əməkdaşları və təcili yardım maşınları cəlb olunub.

Bakı Nəqliyyat AgentliyindənBAKU.WS-ə verilən məlumata görə, Heydər Əliyev prospekti - Hava limanı yolunda tıxac yaranıb.

Bildirilir ki, tıxaca yolda baş verən nəqliyyat hadisəsi səbəb olub.


Xəbər lenti