Xəzər Xəbər

Qasırğa narahatlığı nefti bahalaşdırır

İqtisadiyyat | 13:47 • 12 İyul 2019
Qasırğa narahatlığı nefti bahalaşdırır

Dünya birjalarında neftin qiyməti son 3 həftənin ən böyük həftəlik qazancına yönəlib.


AZƏRTAC xəbər verir ki, "qara qızıl”ın qiyməti Yaxın Şərqdə davam edən gərginlik, ABŞ-ın xam neft ehtiyatlarının azalması və Meksika Körfəzində ehtimal olunan qasırğanın tədarük çatışmazlığı yaradacağına dair narahatlıqlar fonunda bahalaşır.


Belə ki, İran və Britaniya arasında neft tankeri ilə bağlı insident bölgədə gərginliyin artmasına səbəb olur. Bundan başqa, ABŞ-ın xam neft ehtiyatları son 3 ayın minimumuna enib. Şənbə günü Luiziana sahilinə çatması gözlənilən "Barry” tropik qasırğası isə Meksika Körfəzində istehsalın yarısının dayanmasına səbəb olub. Bütün bunlar neftin qiymətinin artan istiqamətli dəyişməsinə səbəb olan amillərdir.


Hazırda "Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 67 dollardan, "Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 60 dollardan baha satılır.

Xəbər lenti