Xəzər Xəbər

“Qarabağ”ın rəqibinin start heyəti müəyyənləşib

İdman | 14:26 • 10 İyul 2019
“Qarabağ”ın rəqibinin start heyəti müəyyənləşib

Çempionlar Liqasının I təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Qarabağ”la qarşılaşacaq Albaniyanın "Partizani” klubunun start heyəti müəyyənləşib.


APA-nın Albaniya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Franko Lerda bu gün keçiriləcək ilk matçda güvənəcəyi heyəti qurub.


İtaliyalı mütəxəssis özünün debüt matçında 4-3-3 taktiki sxeminə üstünlük verəcək. O, "11-lik”də bəzi dəyişikliklər də edib.


Mütəxəssis qapıda Alban Hocaya güvənəcək. Lorents Traşini ehtiyatda saxlayacaq italiyalı bununla da müdafiə xəttində sürpriz addıma imza atacaq.


F.Lerda sağ cinahda Esin Hakaya bel bağlayacaq. Onunla birlikdə müdafiədə Eqzon Belitsa, Lyabinot İbrahimi və Eneo Bitri yer alacaq.


Yarımmüdafiədə Bruno Telyuşi və Esat Malaya braziliyalı Vilyam Kordeyro Melo qoşulacaq. O, sol cinahda mübarizə aparacaq.


"Qarabağ”ın rəqibi hücumda Eraldo Çinari, Yasir Asani və Emmanuel Mensadan ibarət "üçlüy”ə güvənəcək. Sonuncu solda, Y.Asani sağ cinahda yer alacaq. E.Çinari isə mərkəz hücumçusu kimi oynayacaq.


"Partizani”: 12. Alban Hoca, 2. Eqzon Belitsa, 22. Lyabinot İbrahimi, 23. Esin Hakay, 33. Eneo Bitri, 17. Bruno Telyuşi, 20. Esat Mala, 7. Eraldo Çinari, 10. Yasir Asani, 90. Emmanuel Mensa, 26. Vilyam Kordeyro Melo

Xəbər lenti