Xəzər Xəbər

Abituriyentlərin üzərindən çıxan əşyalar - İMTAHANDAN REPORTAJ - VİDEO

Veb TV | 19:12 • 7 İyul 2019
Abituriyentlərin üzərindən çıxan əşyalar -

Bu gün Bakıda və böləgələrdə II və III ixtisas qrupları üzrə ali məktəblərə növbəti qəbul imtahanı keçirilib. İmtahan olan binada çəkiliş apardığımız zaman isə diqqətimizi abituriyentlərin üzərindən çıxan bəzi əşyalar cəlb etdi. Bunlar içərisində dualar olan kiçik bağlamalar, seyidlərin şəkilləri və yazının silinməsi üçün istifadə olunan təmizləyici mayelər olub. Həmin əşyaların imtahan otaqlarına keçirilməsinin qarşısı alınıb.

Xezerxeber.az-ın məlumatına görə, imtahanda 28 min 699 abituriyentin iştirak etməsi nəzətdə tutulsa da, onlardan gəlməyənlər də olub. 11 min 134 abituriyent II qrup üzrə, 17 min 565 abituriyent isə III qrup üzrə imtahan verib.

İmtahanda abituriyentlərlə yanaşı, onların valideyinləri və yaxınları da həyəcan keçiriblər. Bəzisi dua edirdi, bəzisi də övladından şad xəbəri gözləyirdi. Üç saatlıq imtahandan sonra abituriyentlər bir-bir binanı tərk etməyə başlayıblar. Onların içərisində sevinənləri də var idi, kədərlənənləri də.

İyulun 8-dən etibarən Dövlət İmtahan Mərkəzində imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq. Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin iyulun 22-də elan olunması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti