Xəzər Xəbər

Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır

Gündəm | 09:53 • 25 İyun 2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır

Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə verilən aylıq pul təminatı artırılır.

Bununla bağlı məsələ "Məhkəmələr və hakimlər haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək.

Hazırda isə bu məbləğ fərqlidir. Belə ki, hazırkı qanuna əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir.

Təklif edilən dəyişikliyə əsasən isə bütün hakimlərə verilən aylıq pul təminatı bərabərləşdirilir, yəni apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə verilən pul təminatı 5 faiz, birinci instansiya məhkəmələrinin hakimlərinə isə verilən pul təminatı 10 faiz artırlır.

Dəyişiklik layihəsi Milli Məclisin iyunun 27-28-də keçiriləcək növbədənkənar plenar iclaslarının gündəliyinə daxil edilib. (Trend)

Xəbər lenti