"Atletiko"dan ayrılacağını açıqlayan Antoine Qrizmann gələn mövsüm oynayacağı klubu müəyyənləşdirib.
Bu barədə fransalı futbolçu özü açıqlama verib.
"Gələn mövsüm harda oynayacağımı bilirəm. Qərarımı vermişəm. Yaxın günlərdə rəsmi açıqlama olacaq" deyib.
Qeyd edək ki, iyulun 1-dən sonra Qrizmannın müqaviləsindəki sərbəst qalma maddəsi 200 milyon avro olacaq. Həmin vaxta qədər isə onu 120 milyon avroya almaq mümkündü. Fransalı futbolçu iyulun 1-dək məhz bu məbləğə transfer olunacaq. Onun "Barselona" və PSJ-nin maraq dairəsində olduğu bildirilir.
Fanat.Az