Xəzər Xəbər

Əlaqə mümkün deyil - “WhatsApp” gözlənilmədən çökdü

Texnologiya | 15:15 • 6 İyun 2019
Əlaqə mümkün deyil -

"WhatsApp”-dan istifadəçilərin üzləşdiyi problemlə bağlı hələ ki, açıqlama verilməyib

Dünyada yüz milyonlarla insan üçün ən populyar ünsiyyət və əlaqə vasitəsi olan "WhatsApp”ın işində problem yaranıb.

Hazırda iPone və Android telefon istifadəçiləri proqrama giriş edə bilmirlər. Məlumata görə, "WhatsApp” istifadəçiləri mesaj göndərmək istəyərkən mesajlarının görünməməsi problemini yaşayırlar.

Hələlik "WhatsApp”-dan istifadəçilərin üzləşdiyi problemlə bağlı hələ ki, açıqlama verilməyib.

Xəbər lenti