Xəzər Xəbər

Vətəndaşlara hava ilə bağlı VACİB XƏBƏRDARLIQ

Gündəm | 10:59 • 27 May 2019
Vətəndaşlara hava ilə bağlı

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda müşahidə olunan güclü küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, güclü küləyin müşahidə edilməsi, bununla bərabər ağacların hazırda inkişaf etmə mərhələsində olması onların aşma təhlükəsini artırır. Belə külək hətta sağlam ağacları da aşıra bilər:

"İndi ağaclar inkişaf etmə mərhələsində olduqlarından onların aşma təhlükəsi əvvəlki aylara nisbətən daha çoxdur. Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür".

Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti hökm sürür.

Xəbər lenti