Xəzər Xəbər

Maaş almaq üçün gedərkən şok yaşadılar 30 ölü, 200 itkin

Dünya | 10:38 • 27 May 2019
Maaş almaq üçün gedərkən şok yaşadılar

Konqo Demokratik Respublikasının şimal-qərbində yerləşən Mai-Ndombe gölündə gəminin batması nəticəsində ən azı 30 nəfər həlak olub, daha 200-ü itkin düşüb.

Bu haqda İnonqo şəhərinin meri Simona Mboo Vembaya istinadən "Assoşieyted Press” agentliyi bildirib.

Agentliyin məlumatına görə, gəmidə olanların əksəriyyəti maaş almaq üçün gedən müəllimlər idi. Qeyd edilir ki, yolların keyfiyyətsiz olması onlara başqa üsullarla lazımi yerə çatmağa imkan vermir.

Hakimiyyətin məlumatına görə, gəmidə bir neçə yüz sərnişin olub, onlardan 80-dən çoxu xilas edilib./publika.az

Xəbər lenti