Xəzər Xəbər

Cümə namazı zamanı DƏHŞƏTLİ PARTLAYIŞ: ölü və yaralılar var

Dünya | 14:45 • 24 May 2019
Cümə namazı zamanı DƏHŞƏTLİ PARTLAYIŞ:

Pakistanda cümə namazı zamanı müsəlmanlara hücum aktı qeydə alınıb.

Bəlucistan əyalətinin paytaxtı Quetta şəhərindəki Pəştunabad bölgəsində yerləşən Rəhmanya məscidində partlayış meydana gəlib.

Hadisə zamanı 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Partlayışın səbəbi hələ ki, açıqlanmayıb./Publika.az

Xəbər lenti