Xəzər Xəbər

Tramp OD PÜSKÜRDÜ: İran xalqı adına üzülürəm

Dünya | 14:49 • 21 May 2019
Tramp OD PÜSKÜRDÜ:

"Yalan xəbərlər, heç bir bilgiləri olmadan ABŞ-ın İran ilə müzakirəyə getməyə çalışdığına dair yanıldıcı açıqlamalar yayımlandı. Bu, yanlış bir hesabatdır. İran hazır olanda bizə zəng edəcək”.

Bunu ABŞ prezidenti Donald Tramp tvitter hesabında yazıb.

Prezident ABŞ-ın İranla müzakirəyə getmək cəhdlərinə dair çıxan xəbərləri yalanlayıb.

Tramp həmçinin qeyd edib ki, İran iqtisadiyyatının çöküşü davam edir. "Bu, İran xalqı adına çox üzücüdür!”-, Tramp qeyd edib./publika.az

Xəbər lenti