Xəzər Xəbər

Ronaldo kuboku oğlunun başına vurdu - VİDEO

Veb TV | 09:50 • 21 May 2019
Ronaldo kuboku oğlunun başına vurdu -

"Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldo İtaliya A Seriyası çempionluğunu meydanda qeyd etdiyi vaxt kuryoz hadisə baş verib.

 xəbər verir ki, futbolçu bilmədən əlindəki kuboku yanında duran oğlunun başına vurub. Xoşbəxtlikdən balaca Ronaldo zərbədən xəsarət almayıb. O, çox keçmədən atası ilə kubokla şəkil çəkdirib.

Xatırladaq ki, mayın 19-da "Yuventus” İtaliya çempionatı çərçivəsində son ev oyununu keçirib. "Atlanta” klubuna qarşı matç 1:1 hesabı ilə başa çatsa da, turnirlər hələ aprelin 20-də Seriya A çempionluğunu təmin edib. Bu, "Qoca Sinyora”nın ardıcıl səkkizinci İtaliya çempionluğudur. ("Qafqazinfo”)

Xəbər lenti