Xəzər Xəbər

5 yaşlı qızın cibindən çıxanlar DÜNYANI ŞOKA SALDI - FOTOLAR

Dünya | 11:40 • 18 May 2019
5 yaşlı qızın cibindən çıxanlar

ABŞ-ın Fladelfiya ştatında olduqca dəhşətli hadisə baş verib.

"Fox News” xəbər verir ki, 5 yaşlı şagirdin cibindən narkotik vasitələr tapılıb. Uşağın şübhəli davranışlarından sonra müəllimlər onun üzərində axtarışlar aparıb.

Qızın cibinə baxış zamanı 22 kiçik selofanda kokain aşkar edilib. O, dərhal nəzarətə götürülüb. Əyalət prokurorluğu məsələni gündəminə alıb.

Uşağa narkotik vasitə verən şübhəlilər axtarılır. Güman edilir ki, narkotik ticarətçiləri qızdan daşıyıcı kimi istifadə edirmiş.

Redaktor.az

Xəbər lenti