Xəzər Xəbər

Quql "Eurovision 2019"-un qalibini açıqladı

Gündəm | 11:15 • 18 May 2019
Quql "Eurovision 2019"-un qalibini açıqladı

Sosial şəbəkələrdə keçirilən sorğuya əsasən "Eurovision"un qalibi Fransa təmsilçisi Bilal Assani olacaq.

XəzərXəbər xəbər verir ki, Quql populyar sorğu axtarışları əsasında "Eurovision 2019"-un qaliblərinə dair reytinq tərtib edib.

Reytinqdə göstərilib ki, əgər insanlar Quql istifadəçilərinin axtarış aktivliyinə əsaslanaraq səs versəydilər, o zaman ilk yeri Fransanın nümayəndəsi Bilal Assani tutardı. İlk üçlükdə İslandiya təmsilçisi "Hatari" qrupu və Rusiya təmsilçisi Sergey Lazarev qərarlaşıb.

İlk onluğa isə Niderland, Belarus, Kipr, İsveçrə, İtaliya, San-Marino və İsveç düşüb.

Maraqlıdır ki, Azərbaycanın adı qaliblər siyahısına daxil ola bilməyib.

Xəbər lenti