Xəzər Xəbər

İstifadə müddəti bitmiş yağlar küçəyə atılıb - Üfunət iyi ətrafa yayılır, zibilliyə küçə itləri yığışır - VİDEO

Veb TV | 20:31 • 25 Aprel 2019
İstifadə müddəti bitmiş yağlar küçəyə atılıb -

Bakının Sabunçu rayonunda istifadə müddəti bitmiş kərə yağlarını yaşayış sahəsində yolun kənarına tullayıblar. Sakinlər deyir ki, bir neçə gündür davam edən bu mənzərə onları narahat edir. Yağ əriyir, üfunət iyi ətrafa yayılır, zibilliyə küçə itləri yığışır.

İstifadə müddəti bitmiş kərə yağları yaşayış sahəsinin yaxınlığına tullanıb.

Görüntülər Sabunçu rayonu 2 aprel küçsi 4 cü mədən kimi tanınan ərazidəndir.Yaxınlıqda yaşayan sakinlər deyir ki,bir neçə gündür kimlərsə onların evlərinin yaxınlığına istifadə müddəti keçmiş yağ məhsullarını tullayır.

Sakinlər deyir ki,havalar isinən kimi ətrafı üfunət iyi bürüyür.Tullanmış kərə yağına yığışan sahiblərin itlərinin əlindən isə küçəyə çıxa bilmirlər.

Məsələylə bağlı qida təhlükəsizliyi agentiliyindən bildirdilər ki, istehlaka yararsız qida məhsullarının məhvetmə prosesi qaydalara uyğun, ətraf mühiti çirkləndirmədən vəsanitar-epidemioloji salamatlığa xələl gətirmədən həyata keçirilməlidir. Həmçinin sanitar-epimeoloji salamatlıq baxımından təhlükə törədən mallar məhv edilmədən əvvəl zərərsizləşdirilməlidir. Yeyinti məhsulları yalnız qanunla müəyyən edilmiş yerlərdə və texniki-normativ sənədlərin tələblərinə uyğun qaydada məhv edilə bilər. İstehlaka yararsız yeyinti məhsullarının açıq şəkildə, yaşayış sahələrinə yaxın, qanunla müəyyən edilməmiş qaydada məhv edilməsiisə yolverilməzdir.Sahibkarların öhdəliyində istehlaka yararsız qida məhsulları olduqda onların məhvedilməsi ilə bağlı Agentliyə müraciət edə bilərlər. Agentlik məhvetmə prosesinin qaydalara uyğun aparılması üçün onlara hər cür metodiki köməklik göstərə bilər.

Xəbər lenti