Xəzər Xəbər

Türkiyənin bir addımlığında MÜHARİBƏ HƏYƏCANI: İngiltərə 121 ədəd qırıcısını...

Dünya | 12:34 • 10 Aprel 2019
Türkiyənin bir addımlığında MÜHARİBƏ HƏYƏCANI:

İngiltərə Hərbi Hava Qüvvələri 121 ədəd F-35B tipli qırıcılarını Kipr adasının Yunanıstana aid hissəsində yerləşən "Ağrotur” bazasına yerləşdirəcək.

Yunan mediası qırıcıların başda Suriya olmaqla, Yaxın Şərqdəki əməliyyatlarda aktiv istifadəsi üçün bu bazaya yerləşdirildiyini yazıb. Qırıcılar bazaya payızda göndəriləcək.

Xəbərdə iki ölkə arasında 4 apreldə imzalanan memorandumun dövlətlərarası dərin müdafiə əlaqələrini gücləndirən razılaşma olduğu vurğulanıb.

Qeyd edək ki, sözügedən bölgədə enerji sahəsində dərin gərginlik yaşanır. ABŞ və İsrailin dəstəyi ilə Cənubi Kipr ilə Türkiyə arasında Şimali Aralıq dənizində enerji qaynaqları ilə bağlı anlaşmazlıq hökm sürür./publika.az

Xəbər lenti