Xəzər Xəbər

İtmiş uşağı yol polisləri tapdı - VİDEO

Veb TV | 19:03 • 25 Mart 2019
İtmiş uşağı yol polisləri tapdı -

İtmiş uşağı yol polisləri taparaq ailəsinə təhvil verib.

Xezerxeber.az-ın məlumatına görə, Cəbrayıl rayon sakini Ədalət Nəbiyev Yol Patrul Xidməti Alayının 12-ci tağımının ərazisində yerləşən posta müraciət edərək, oğlunun itdiyini bildirib. O qeyd edib ki, psixoloji problemləri olan 15 yaşlı oğlu Sərvər Nəbiyev yaşadıqları Cəbrayıl qəsəbəsindən çıxıb və naməlum istiqamətə gedib. Sonradan ona deyiblər ki, oğlunu "Qazel" markalı avtomobilə minərək Bakı istiqamətində gedərkən görüblər.

Ardınca isə sürücü ilə əlaqə saxlanılıb.

Nəqliyyat vasitəsi Yol Patrul Xidməti Postunda saxlanılıb və yeniyetmə oğlan tapılaraq ailəsinə təhvil verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti