Xəzər Xəbər

Muzdla çalışanlar nə qədər maaş alır?

İqtisadiyyat | 12:29 • 15 Mart 2019
Muzdla çalışanlar nə qədər maaş alır?

Bu il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 1 523,8 min nəfər olub.

XəzərXəbər Dövlət Statisika Komitəsinə istinadən xəbər verir ki, onlardan 862,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda,661min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin21,9%-i təhsil,18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri,13,1%-i sənaye,8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi,7,1%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat,6,6%-i tikinti,4,6%-i nəqliyyat və anbar təsərrüfatı,3,5%-i peşə, elmi və texniki fəaliyyət,3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,1,7%-i maliyyə və sığorta fəaliyyəti,10,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2019-cu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən7,2%artaraq557,2manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Xəbər lenti