Xəzər Xəbər

Ögey ana dəhşəti 8 yaşlı uşağı boğdu - VİDEO

Veb TV | 14:13 • 14 Mart 2019
Ögey ana dəhşəti

Qadının ögey oğluna qarşı rəftarını uşağın baxıcısı çəkib.

Türkiyənin Adana şəhərində bir qadın ögey oğluna işgəncə verib.

Hadisə Adana şəhərinin Çukurova rayonunda qeydə alınıb.

2016-cı ildə həyat yoldaşından boşanan kişi bir neçə ay əvvəl başqa bir qadınla evlənib.

Onun 8 yaşlı oğluna işgəncə verən qadının görüntüləri sosial şəbəkələri silkələyib. Qadın uşağın boğazını sıxaraq onu döyüb.

Qadının bu rəftarını uşağın baxıcısı çəkib.

Görüntülərin yayılmasından sonra polis araşdırmalara başlayıb və həmin uşağı tapıb.

Onlar uşağı ailədən alaraq dövlət himayəsinə götürüblər. Qadın isə polislər təfərindən izahatı alındıqdan sonra sərbəst buraxılıb./AzNews.az

Xəbər lenti