Xəzər Xəbər

Yata bilməyənlər üçün təbii vasitələr Bunlar yuxu gətirir

Cəmiyyət | 11:49 • 17 Fevral 2019
Yata bilməyənlər üçün təbii vasitələr

Bəzi təbii vasitələr yuxusuzluqdan əziyyət çəkənlər üçün kömək edir. Onlardan istifadə etməklə gecəni daha rahat keçirmək mümkündür.

XəzərXəbər medicina.az-a istinadən yatmaq üçün kömək edə biləcək bitkiləri təqdim edir:

Melissa

Tərkibində sitral və qeraniol maddələri var. Sakitləçdirici spazmolitik və ağrıkəsici təsirə malikdir. 1 xörk qaşığı bitkini 1 stəkan qaynar suda dəmləyərək için.

Çobanyastığı

Tərkibində flavonoidlər və efir yağları var. Sinir sistemini sakitləşdirir.

Qara gavalı

10-15 ədəd qara gavalı yemək yuxuya müsbət təsir edir.

Balqabaq

Yatmazdan əvvəl balla qarışdırılmış balqabaq şirəsi içmək yuxu gətirici effektə malikdir.

Nanə

2 xörək qaşığı nanə yarpağını 2 stəkan suda 20 dəqiqə qaynadın. Yatmazdan əvvəl için.

Şüyüd

2 çay qaşğı şüyüdü 1 stəkan qaynar suda dəmləyin, səhər və axşam isti şəkildə 50-60 ml qəbul edin.

Xəbər lenti