Xəzər Xəbər

Məktəbdə biabırçılıq: müəllim 13 yaşlı şagirdi... - VİDEO

Veb TV | 14:16 • 13 Fevral 2019
Məktəbdə biabırçılıq:

Faktla bağlı araşdırma aparılır.

Türkiyənin İstanbul şəhərində 13 yaşlı S.D. dərs zamanı ayağa qalxdığı üçün direktor müavini N.B. tərəfindən döyülüb.

Sinf yoldaşından söz soruşmaq üçün ayağa qalxan S.D. ilə müəllim arasında mübahisə düşüb. Mübahisə böyüdüyü üçün məsələyə direktor müavini müdaxilə etməli olub. O da 13 yaşlı şagirdin boğazından sıxaraq təpikləyib.

Şagirdi otaqdan qovan müəllim ona "bir daha bu məktəbə gəlmə" , - deyib.

"Gələcəyəm", - deyə cavab verən S.D.-ni müəllim yenidən otağa salaraq bir daha döyüb.

S.D. direktor müavinindən polisə şikayət edib. Faktla bağlı araşdırma aparılır.

AzNews.az

Xəbər lenti