Xəzər Xəbər

Bu şəxslərə aylıq 300 manat PUL VERİLƏCƏK İlham Əliyevdən MÜHÜM FƏRMAN

Gündəm | 18:19 • 30 Yanvar 2019
Bu şəxslərə aylıq 300 manat PUL VERİLƏCƏK

Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb.

XəzərXəbər-in xəbərinə görə, fərmanda qeyd edilir ki, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilsin.

"Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1040; 2010, № 9, maddə 771; 2011, № 12, maddə 1139; 2013, № 8, maddə 896; 2016, № 1, maddə 64; 2018, № 5, maddə 936) 1-ci hissəsində "242 (iki yüz qırx iki)” sözləri "300 (üç yüz)” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti