Xəzər Xəbər

Sabah əhali diqqətli olmalıdır – İfrat təhlükəli hadisə VİDEO

Veb TV | 20:20 • 16 Yanvar 2019
Sabah əhali diqqətli olmalıdır – İfrat təhlükəli hadisə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gün gecədən etibarən yanvarın 18-i gündüzə kimi ölkə ərazisində hava şəraitinin kəskin pisləşəcəyi, havanın temperaturunun 10 dərəcəyədək aşağı düşəcəyi, qar yağacağı və küləyin maksimal sürətinin arabir hətta 35-38 m/s-yə çatacağıyla bağlı xəbərdarlığından sonra ölkəmizdəki əksər dövlət qurumları gücləndirilmiş iş rejimiminə keçib. Məktəblərdə isə iki günlük tətil elan edilib. Bununla bağlı Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Bu əmr həm özəl , həm də dövlət müəssələri üçün , eyni zamanda universitetlər üçün keçərlidir. Eyni zamanda universitetlərdə sabah üçün nəzərdə tutulan imtahanların vaxtı dəyişdirilib.

Bakı Şəhər İcra Hakimiyəytindən verilən məlumata görə, sabah məktəbəqədər təshil müəssələrinin normal fəaliyyəti təşkil ediləcək. Amma buna rəğmən havanın kəskin pisləşməsi səbəbi ilə valideynlərin uşaqlarını bağçalara gətirməsi tövsiyə olunmur.

Güclü külək xəbərdarlığı səbəbi ilə Dövlət Neft Şirkəti də təhlükəsizlik tədbirlərini gücləndirib və ötən gündən etibarən dənizdə çalışan işçilərin əksər hissəsi təxliyyə edilib, açıq havada iş qadağan olunub. Dənizdə yalnız qəza baş verəcəyi təqdirdə müdaxilə etmək üçün lazımlı olan işçilər qalıb.

Hava xəbərdarlığı ilə bağlı olaraq əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığınacaqları gücləndirilmiş iş rejimində işləyəcək. Bunun üçün sığınacaqda bütün lazimi tədbirlər görülüb.

Bakı Nəqliyyat Agentliyidə hava ilə əlaqədar sürücü və piyadalara yollarda diqqətli olmaları ilə bağlı xəbərdarlıq edib. Eyni zamanda Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyində hava ilə əlaqədar operativ qərargah yaradılıb, bundan başqa Fövqəladə Hallar Nazirliyi, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırlıq işləri yekunlaşdırılıb. Müdafiə Nazirinin göstərişinə əsasən isə Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının, eləcə də döyüş texnikası və hərbi obyektlərin qorunması məqsədilə bütün hərbi hissələrdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilib. Bundan başqa İcra Hakimiyyətlərində fövqəladə hallar komissiyaları xüsusi qərargahlar yaradıblar.

Xəbər lenti