Xəzər Xəbər

Yanvarın 17 və 18-də Azərbaycan məktəblərində dərs olmayacaq ƏMR VERİLDİ

Gündəm | 14:15 • 16 Yanvar 2019
Yanvarın 17 və 18-də Azərbaycan məktəblərində dərs olmayacaq

Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır. Bununla bağlı bütün tədbirlər təxirə salınır.

Qeyd edək ki, bura bütün ümumtəhsil müəssisələri, peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələri, həmçinin, ali məktəblərdə istənilən növ tədris tədbirləri - dərs, imtahan, kollokvium və s. daxildir.

Xəbər lenti