Xəzər Xəbər

Ehtiyatsızlıq dəhşətli qəzaya səbəb oldu - 4 nəfər həlak oldu - VİDEO

Veb TV | 20:12 • 10 Yanvar 2019
Ehtiyatsızlıq dəhşətli qəzaya səbəb oldu -

Qubada qarlı havada ehtiyatsızlıq ölümlə nəticələnən qəzaya səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, dəhşətli hadisə bu gün səhər saatlarında Quba-Xaçmaz yolunun 5-ci km-liyində baş verib.

Pənah Məmmədovun idarə etdiyi yük maşını qarşıdan gələn minik maşını ilə toquşub.

Zərbənin təsirindən avtomobil əzilərək yararsız hala düşüb. Nəticədə avtomobildə olan Quba rayonunun Barlı kənd sakini, 17 yaşlı Zakir Abbasov və Xaçmaz rayonunun Arzu qəsəbəsinin sakini, 16 yaşlı Coşqun Qasımov hadisə yerində ölüblər. Deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyitləri çıxarmaq üçün hadisə yerinə xilasetmə qrupu cəlb olunub.

İki nəfər -Quba rayonu Rustov kənd sakini 40 yaşlı Ramin Seyidəhmədov və Xaçmaz rayonunun Padar kənd sakini, 33 yaşlı Nahid Tanrıverdiyev xəstəxanaya aparılsa da hər ikisi xəstəxanada ölüb.

Qəzaya səbəb kimi qarlı yolda sürətin düzgün seçilməməsi olub. 

Faktla bağlı araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti