Xəzər Xəbər

Tapdığı külli miqdarda pulun sahibini axtarır... - VİDEO

Veb TV | 19:27 • 7 Yanvar 2019
Tapdığı külli miqdarda pulun sahibini axtarır... -

Şəkidə sahibkar mağazadan tapdığı külli miqdarda pulu sahibinə qaytarmaq istəyir, amma pulun kimə məxsus olduğunu bilmir.

Xezerxeber.az-ın məlumatına görə, Şəkinin Cəfərabad kənd sakini Xəyal Qurbanəliyev keçən il noyabrın 24-də mərkəzi bazarın yaxınlığındakı ona məxsus mağazadan külli miqdarda pul tapıb.

O, bir müddətdir ki, pulun sahibini gözləyir. Lakin bu məsələ ilə bağlı hələlik heç kim mağazaya müraciət etməyib.

Xəyal Qurbanəliyev pulun miqdarını bilir. O, ona yaxınlaşan şəxslərdən bütün məlumatları tam dəqiqləşdirəndən sonra pulu sahibinə qaytaracaq.

Xəyal Qurbanəliyev heç kimin bəhanə ilə ona yaxınlaşmasını istəmir. Çünki pulun əsl sahibini gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti