Xəzər Xəbər

Saxta şeyxdən İYRƏNC TƏLƏB: “Bir-birinizlə əlaqəyə girin”

Hadisə | 09:51 • 9 Dekabr 2018
Saxta şeyxdən İYRƏNC TƏLƏB: “Bir-birinizlə əlaqəyə girin”

Türkiyənin Konya şəhərində özünü şeyx kimi təqdim edən şəxs 68 il həbs cəzasına məhkum edilib.

Publika.az bu ölkənin mediasına istinadən xəbər verir ki, o, 2008-2017-ci illər ərzində 17-22 yaşlı 5 kişini cinsi istismar edib. 65 yaşlı S.İ özünü insanlara müqəddəs bir şəxs kimi tanıdıb, onun söhbətlərindən ayrılmaq istəyənlərin isə başına müsibətlər gələcəyini deyərək hədələyib. İnsanları aldatmaq üçün müxtəlif yalançı hekayələr uydurub.

"Mənə itaət edənlər mənəvi olaraq rütbə alıb irəliləyəcəklər”-, deyərək qurbanlarının dodağından öpüb, onları cinsi istismara məruz qoyub. S.İ kişilərə qarşı islam dinində qəbul edilməyən, əxlaqdan kənar davranışlar nümayiş etdirib. Bütün bunları islam dininin tələbləri kimi təqdim edib.

Müxtəlif üsullarla, sözlərlə kişiləri aldadıb, həm özü onlarla cinsi münasibətdə olub, həm də onların bir-biriləri ilə əlaqəyə girmələrini tələb edib.

Məhkəmənin qərarı ilə S.İ 68 il həbs cəzasına məhkum edilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti