Xəzər Xəbər

''Votsap''da yol polisi ilə bağlı səs yayan sürücü həbs edildi - VİDEO

Veb TV | 20:00 • 30 Noyabr 2018
''Votsap''da yol polisi ilə bağlı səs yayan sürücü həbs edildi -

Yol polisinə böhtan atdığı bildirilən sürücü həbs edilib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, əvvəlcə ''votsap''da, daha sonra isə bir neçə sosial şəbəkədə sürücülərdən biri tərəfindən səs yayılıb ki, güya Xətai rayon Dövlət Yol Polis Şöbəsinin rəisi Cavanşir Ələkbərov sürücüləri haqsız yerə cərimləyir.

Səs yazısını yayan şəxs bildirir ki, həmin sürücü özü də daxil olmaqla, bir neçə sürücü Babək prospektində hərəkətdə olan zaman qara rəngli, 005 dövlət nömrə nişanlı "Toyota Camry" markalı avtomobil aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbiləşərək onu sağdan ötür. Guya maşını Cavanşir Ələkbərov özü idarə edir və qarşıda onu ötən sürücüləri yol polisi saxlayaraq maşını cərimə meydançasına aparır və bütün bunlara rəis özü göstəriş verir.

Bu səs yazısı geniş yayıldığından polis əməliyyat keçirib və həmin sürücü, 37 yaşlı Qasımov Fariz Mürvət oğlu saxlanılıb. Məlum olub ki, sürücü özü bir neçə gün əvvəl idarə etdiyi ''10-VU-042'' dövlət nömrəli avtomobillə avtoxuliqanlıq etdiyi üçün saxlanılıb. Vaqif Əsədovun sözlərinə görə, sürücü polisə böhtan atmaq, məsuliyyətdən yayınmaq üçün belə bir səs yazısını yayıb.

Fariz Qasımova Xətai Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası verilib və o, iki il müddətinə sürücülük hüququndan məhrum edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti