Xəzər Xəbər

ŞAD XƏBƏR: Maaşdan gəlir vergisi çıxılmayacaq - VİDEO

Veb TV | 20:30 • 3 Noyabr 2018
ŞAD XƏBƏR:

Növbəti ildən vergi sistemində ciddi dəyişikliklər olacaq. Əsas məsələ qeyri-neft sektorunda işləyən vətəndaşların maaşlarından tutulan gəlir vergisinin ləğv edilərək sosial ödənişlərin artırılması ilə bağlıdır. İqtisadçılar deyir ki, yeni qaydalar pensiya və əmək haqqlarının artmasına səbəb ola bilər.

Gələn ildən etibarən ayliq gəliri 8 min manatadək olanlar üçün gəlir vergisində 100 faiz, 8 min manatdan yüksək olanlar üçün isə 44 faiz güzəşt tətbiq ediləcək. Bu o deməkdir ki, 8 min manatadək əmək haqqi alanlar, yəni isləyən vətəndaşlarin böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək.

İşəgötürənlərin ödədikləri 25 faizlik sosial ödənişin işçi ilə işəgötürən arasında bölüşdürülməsi təklif edilir.İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, sosial ödənislərin məbləğinin 10,5 faiz olacağı təxmin edilir.

Vüqar Bayramovun sözlərinə görə vətəndaşların ödədikləri verginin həcmi azalmaqla yanaşı strukturunda dəyişikilk ecdiləcək.Sosial ödənişin çəkisi 3 faizdən 10 faizə qalxacaq.

İqtisadçının sözlərinə görə yeni qərar dəyişikliklər əmək münasibətlərinin leqallaşdırılmasına imkan verəcək və "qara mühasibatlığı xeyli dərəcədə azaldacaq.

Xəbər lenti