Xəzər Xəbər

Nazirlər Kabinetinə müraciət Cərimələr 5 dəfə artırılır

Gündəm | 16:34 • 11 Oktyabr 2018
Nazirlər Kabinetinə müraciət
Yaşıllıqların məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələrin 5 dəfə artırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib.


XəzərXəbər xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.


Nazir müavini qeyd edib ki, yaxın günlərdə qərar barədə mediada məlumat olacaq.

"Son 10 ildə "Azərlandşaft" ASC tərəfindən Abşeron yarmadası və magistral yollarının qırağında 5.4 milyon ağac əkilib. Bu proses davam edəcək. Bakı- Qazax, Ələt-Astara,və Bakı-Qusar istiqamətində bu işlər həyata keçiriləcək", - deyə F.Əliyev qeyd edib.

Xəbər lenti