Xəzər Xəbər

Şimali Koreya 3,3 trilyon dollar dəyərində mineral ehtiyatlara sahibdir

Dünya | 09:58 • 11 Oktyabr 2018
Şimali Koreya 3,3 trilyon dollar dəyərində mineral ehtiyatlara sahibdir

Koreya Xalq Demokratik Respublikası (KXDR) 3,3 trilyon ABŞ dolları dəyərində təbii ehtiyatlara malikdir. Bu Cənubi Koreyadakı mineral ehtiyatlardan 15 dəfə çoxdur.


AZƏRTAC Cənubi Koreyanın Ehtiyatlar Korporasiyasının hesabatına istinadla xəbər verir ki, KXDR ərazisində 6 milyard tonluq maqnezit, 5 milyard tonluq dəmir filizi, 2 milyon tonluq qrafit, 250 min tonluq volfram ehtiyatları vardır. Şimali Koreya bu yataqların işlənməsi üçün xarici investorlarla 40 müqavilə imzalayıb ki, onların da 90 faizi Çin şirkətdir.


Bildirilir ki, 2000-ci ildə Koreyalararası sammitdən sonra Cənubi Koreya KXDR-dəki mineral ehtiyatların kəşfiyyatı ilə bağlı işlərə başlasa da, iki ölkə arasında siyasi gərginlik səbəbindən bu işlər dayandırılıb.

Xəbər lenti