Xəzər Xəbər

"Son zəng" üçün konkret vaxt qoyuldu: 2 saat

Gündəm | 14:16 • 12 İyun 2018
"Son zəng" üçün konkret vaxt qoyuldu:

"İyunun 14-də bütün məktəblərdə "Son zəng" tədbiri keçiriləcək. Bu da yalnız məktəb daxilində olmalıdır və iki saat davam etməlidir”.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, bu tədbirlərin keçirilməsində yalnız məktəb rəhbərliyi deyil, İdarə olaraq müvafiq orqanlara müraciət edərək şagirdlərin və tədbirin keçirilməsinə aidiyyəti olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün müxtəlif qabaqlayıcı tədbirlərin görülməsi üçün müraciətlər edilir: "Builki "Son zəng" tədbirləri də yaxşı səviyyədə keçiriləcək".

İdarə müdiri əlavə edib ki, bu il Bakı məktəblərini təxminən 26 min nəfərdən çox 11-ci sinif şagirdi bitirir: "27 min nəfərdən artıq isə 9-cu sinif şagirdləri bitirir. İyunun 21-də Bakıda həm 9, həm də 11-ci siniflərdə buraxılış imtahanları keçiriləcək".

Xəbər lenti