Xəzər Xəbər

Bayram namazı nə vaxt qılınacaq Vaxt açıqlandı

Gündəm | 15:09 • 11 İyun 2018
Bayram namazı nə vaxt qılınacaq

Azərbaycanda bayram namazının vaxtı açıqlanıb.

XəzərXəbər xəbər verir ki, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 15-i, saat 09:00-da ölkənin bütün məscidlərində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazını saat 09:00-da "Təzə Pir” məscidində qılacaq.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 17-də başlayıb. İyunun 15-i və 16-sı Azərbaycanda Ramazan bayramıdır.

Xəbər lenti