Xəzər Xəbər

Üç gün sonra müharibə başlaya bilər Mümkün SSENARİ AÇIQLANDI

Dünya | 14:41 • 11 İyun 2018
Üç gün sonra müharibə başlaya bilər

Ukrayna hərbçiləri Donbasda Avropa İttifaqının siyasi təhlükəsizlik məsələləri üzrə komitəsinin nümayəndə heyətinə qarşı təxribat hazırlayırlar.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda "Donetsk Xalq Respublikası” ("DXR”) separatçı qurumun "Dövlət Təhlükəsizliyi Nazirliyi”nin mətbuat xidmətindən iddia ediblər.

İddiaya görə, Ukrayna hərbçiləri "İqla” daşınabilən zenit-raket kompleksi ilə nümayəndə heyətinin olduğu vertolyotu vurmağa hazırlaşır. Bildirilir ki, bu hadisədən "LXR” ("Luqansk Xalq Respublikası”) və "DXR”in sonrakı ittihamı üçün istifadə ediləcək.

Qeyd edək ki, Avropa nümayəndə heyəti Ukrayna prezidenti Pyotr Poroşenkonun dəvəti ilə Ukraynaya gələcək. Nümayəndə heyəti iyunun 13-dən 15-dək Donbasda humanitar vəziyyətin öyrənilməsi üçün cəbhəyə yaxın rayonlara və Kiyevə baş çəkəcək.

Ekspertlər hesab edirlər ki, sözügedən hadisənin baş verməsi və məsuliyyətin Rusiyanın dəstəklədiyi separatçıların üzərində qalması futbol üzrə çempionatına ev sahibliyi edəcək (iyunun 14-dən iyulun 15-dən davam edəcək –red.) Rusiya üçün pis sürpriz ola bilər. Hətta çempionatın açılışı günündə Donbasda genişmiqyaslı toqquşmaların baş verməsi istisna edilmir./publika.az

Xəbər lenti