Xəzər Xəbər

Nazirlər Kabineti açıqladı: 5 gün iş olmayacaq

Cəmiyyət | 13:33 • 29 May 2018
Nazirlər Kabineti açıqladı:

Ramazan bayramında 5 gün qeyri-iş günü olacaq.

Bu sözləri Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyib. O bildirib ki, iki bayram eyni günə təsadüf etdiyindən qeyri-iş günlərinin sayı artırılıb:

"Bayram, əslində, iki gündür – 15 və 16 iyun. Ayın 15-i həm də Milli Qurtuluş günüdür. İki bayram üst-üstə düşdüyünə və eyni zamanda ayın 16-sı həftənin şənbə gününə təsadüf etdiyinə görə, əlavə iki (18, 19 iyun) gün də qeyri-iş günü olacaq. Yəni 15, 16, 17, 18, 19-u qeyri-iş günü hesab olunur. İyunun 20-dən etibarən iş başlayacaq”.

Xəbər lenti