Xəzər Xəbər

Prezidentdən MÜHÜM SƏRƏNCAM - Bakıda 45 milyonluq yol tikiləcək - VİDEO

Veb TV | 20:56 • 16 May 2018
Prezidentdən MÜHÜM SƏRƏNCAM -

Bakıda iki böyük prospektin nəqliyyat yükünü azaldacaq yeni yol inşa edilir. Yolun inşası məqsədi ilə avtomobil yolları dövlət agentliyinə 45 milyon manat ayrılıb. 3 km-ə yaxın uzunluğu olan yeni yol Böyükşor gölünün üzərindən keçəcək

Bakıda yeni avtomobil yolunun tikintisinə 45 milyon manat ayrılıb. Söhbət Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni salınan yoldan gedir. Sözügedən yol Böyük Şor gölünün üzərindən çəkilir .

Yeni avtomobil yolunun əvvəlində və sonunda tunellərin inşası da planlaşdırılır. Bu məqsədlə layihəyə düşən yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü aparılıb. Tunellərin uzunluqları açıq və qapalı hissə nəzərə alınmaqla müvafiq olaraq 416 və 206 metr təşkil edəcək.Tunellərin hər biri 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq.

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilən yeni yolun çəkilməsində məqsəd günün pik saatlarında həm Ziya Bünyadov prospektində, həm də Heydər Əliyev prospektində yaşanan nəqliyyat sıxlığının azaldılmasıdır

Yeni yolda tikinti işlərinin bu ilin sonu, gələn ilin əvvəlinə qədər yekunlaşdırılması planlaşdırılır

Xəbər lenti