Xəzər Xəbər

Rusiya müdafiəsi keçilməz deyilmiş: İsrailin avizərbələri Moskvaya ŞOK YAŞATDI- VİDEO

Veb TV | 11:46 • 11 May 2018
Rusiya müdafiəsi keçilməz deyilmiş:

Suriyada İsrail tərəfindən İranın mövqelərinə zərbələr zamanı Rusiya tərəfindən çatdırılan "Pansir-S1” zenit raket-top kompleksi məhv edilib.

Videoçarx İsrail ordusunun tvitter səhifəsində yerləşdirilib.

"Spike NLOS” raketində yerləşdirilən kamera ilə çəkilmiş videoda raketin kompleksə yaxınlaşması anı və onun məhv etməsi görünür.

"Suriyada İranın hərbi obyektlərinə genişmiqyaslı hücum çərçivəsində SA22 (SA22 NATO-nun kod sistemində "Pansir-S1” kompleksinə verilən adder –red.) məhv edilib”, - xəbərdə deyilir.

Qeyd edək ki, "Pansir-S1” kiçik fəaliyyət radiusuna malik, tırtıllı-şassi, təkərli-yük avtomobil şassisi üzərində yerləşdirilən qoşqu və ya stasionar quraşdırılan zenith raket-top kompleksidir. İdarəetmə iki və ya üç operator tərəfindən həyata keçirilir. Hava hücumundan müdafiə, radiolokasiya ilə izlənilən və infrqırmızı radiokomanda ilə tuşlanan, idarə olunan raketlər və avtomatik toplarla təmin edilir. Kompleks, kiçik ölçülü obyektlərin hava hücumu vasitələrindən (istər pilotla idarə olunan, istərsə də pilotsuz) müdafiəsi üçün təyin olunub. Bundan əlavə, kompleks yüngül zirehli yerüstü hədəflərlə, həmçinin düşmənin canlı qüvvəsi ilə mübarizə aparmağa qadirdir. Kompleks mülki və hərbi obyektlərin (taqım-briqada səviyyəli) və ya S-300/ S-400 tipli böyük radiuslu zenit-raket komplekslərinin qorunması üçün təyin edilib. Hava hədəflərinə helikopterlər, PUA-lar, qanadlı raketlər və yüksəksərrast aviabombalar, hətta əksetdirici sahəsi 2-3 sm2 və sürəti 1000 m/s olan, uçuş uzaqlığı 20 min metr və uçuş yüksəkliyi 15 min metr təşkil edən uçan aparatlar daxildir. Modul prinsipi sistemi istənilən şassi üzərində, o cümlədən tırtıllı şassi üzərində yerləşdirilməyə imkan verir.

Kompleks Rusiya ordusunun etibar etdiyi ən müasir silahlardan biri hesab olunur.

Xatırladaq ki, İsrail ötən gecə Suriyada İranın onlarla hərbi obyektinə zərbə endirib. Zərbələrin cavab xarakteri daşıdığı bildirilir. İsrailin Müdafiə Nazirliyinin məlumatına görə, İranın "Qüds” briqadasına aid Dəməşqin şimalında yerləşən hərbi düşərgəsi, müşahidə məntəqəsi, həmçinin digər mövqeləri bombardman edilib.

İsrailin müdafiə naziri Aviqdor Liberman İranın Suriyadakı bütün infrastrukturun bombalandığını bildirib.

"Ümid edirəm ki, bu hissə başa çatıb”, - nazir deyib.

Liberman İranın atdığı heç bir raketin İsrailin nəzarəti altında olan ərazilərə düşmədiyini vurğulayıb./publika.az

Xəbər lenti