Xəzər Xəbər

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: “Ağsaqqalar zeytun yağı içərsə...”

Cəmiyyət | 15:14 • 16 Aprel 2018
Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ:

"Zeytun yağı hər dərdə dərmandır, hətta ana südü ilə eynidir".

Bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri” proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiyi təbii ana südüdür:

"Zeytun yağı təbiətin böyüklərə bəxş etdiyi ana südüdür. Zeytun yağı hər dərdə dərmandır. Nazim Hikmət də deyirdi ki, 70 yaşında da zeytun ağacı əkin. Çünki zeytun hər zaman əkilməsi lazım olan bitkidir. Çox böyük sərmayədir, çox mühüm və milli sərvətimizdir. Xüsusilə zeytun yağını ağsaqqallara içirtmək lazımdır. Hər bir yaşlıya və ya müalicə alan xəstələrə bir qəhvə fincanı zeytun yağı içməyi tövsiyə edirəm. Zeytun yağı ana südü ilə eynidir. Körpələrin də içməsi xeyirdir. Zeytun meyvədir. Zeytun yağı isə bu meyvənin suyudur. Bir fincan zeytun yağı içmək mədə xorasına müalicəvi təsir göstərir, bağırsaqları təmizləyir. Tərkibindəki güclü antioksidant isə dərini cavanlaşdırır, həmçinin ürəyə və qaraciyərə də xeyirdir. Daha nə deyim, faydası çoxdur”.

Canan Karatay bildirib ki, dərmanlanmış zeytun ağacları zərərlidir:

"Ağacları dərmanlamayın, təbii olsun. 1000 dənə zərərli zeytun toplamaqdansa 100 dənə zeytun toplayın”.

Kardioloq sonda heyvan yağının əhəmiyyətini də vurğulayıb:

"Heyvanın əti heyvan yağı ilə birlikdə orqanizmə getdiyi zaman çox faydalıdır. İnsan orqanizmi zülalı yağla birlikdə qəbul etdiyi zaman faydalı olur"./publika.az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
521 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti