Xəzər Xəbər

Zərərsiz şokoladı necə hazırlamalı? RESEPT

Cəmiyyət | 14:58 • 15 Aprel 2018
Zərərsiz şokoladı necə hazırlamalı?

Bugün marketlərdə satılan şokoladların tərkibində kifayət qədər kimyəvi zərərli maddələr aşkarlanır.

Zərərsiz ev şokoladı hazırlamağın ən sadə üsulunu təqdim edirik, üstəlik bu prossesə cəmi 10 dəqiqə vaxtınız gedəcək.

Tərkibi:

5 x/q kakao

2 x/q şəkər tozu

50 qr kərə yağı

0,5 stəkan süd

Картинки по запросу домашний шокоÐ

Hazırlanması:

Südü bir qazanda qaynatmadan qızdırın. Şəkər tozu və kakaonu qarışdırın. Ehtiyyatla südün üstünə əlavə edin. Sonra kərə yağını da kütləyə tökün. Kütləni 2 dəqiqə də qarışdıraraq, aşağı odda bişirin. Bu müddətdə bütün ərzaqlar bir-birinə qarışacaq. İsti şokoladı zövqə görə formalara töküb, soyudun. Soyuduqdan sonra, bir neçə saat soyuducuda saxlayın. İstədiyiniz vaxt şokoladı formalarda çıxardıb, dadından zövq alın.

Xəbər lenti