Xəzər Xəbər

Azərbaycanda hava KƏSKİN DƏYİŞİR? "Yaxın iki gün ərzində..." - Direktor AÇIQLADI

Gündəm | 14:17 • 10 Aprel 2018
Azərbaycanda hava KƏSKİN DƏYİŞİR?

Yaxın iki gün ərzində ölkə ərazisində müşahidə olunan hava şəraitində kəskin dəyişiklik gözlənilmir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova yaxın günlərdə hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, aprelin 11-12-də ölkə ərazisində sabit hava şəraiti müşahidə ediləcək:

"Lakin 11-12-də gecə və axşam saatlarında bəzi qərb rayonlardan şimal-qərb küləyinin əsəcəyi ehtimalı var. Aprelin 13-dən respublika ərazisində hava şəraitinin necə olacağı barədə məlumat vermək üçün biz xəritələri izləyirik, ayın 12-də bu barədə daha dəqiq məlumat vermək mümkün olacaq”.

G.Məmmədova bu cür isti hava şəraitinin aprel ayı üçün xarakterik olduğunu deyib:

"Lakin bəzi illərdə hava şəraitinin aprel ayında bundan isti keçməsi, həmçinin güclü şimal küləyinin əsməsi də müşahidə edilib”.

Qeyd edək ki, ekoloq Telman Zeynalov bu günlərdə Azərbaycana şimaldan soyuq hava kütləsi gələcəyi ilə bağlı xəbərdarlıq edib.

Xəbər lenti

Çox oxunanlar