Xəzər Xəbər

Prezident yeni qərargah rəisi təyin etdi SƏRƏNCAM

Gündəm | 15:44 • 12 Mart 2018
Prezident yeni qərargah rəisi təyin etdi

Daxili Qoşunlara yeni qərargah rəisi təyin edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən Tofiq Vaqif oğlu Hüseynov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının 1-ci müavini - Qərargah rəisi təyin edilib.

Qeyd edək ki, ölkə başçısı bir neçə gün əvvəl T. Hüseynova general-mayor ali hərbi rütbəsi verilməsi haqqında da sərəncam imzalayıb. (apa)

Xəbər lenti