Xəzər Xəbər

10 yaşlı qız milyonları şoka salıb VİDEO

Veb TV | 16:23 • 9 Mart 2018
10 yaşlı qız milyonları şoka salıb

Qazaxıstanda yaşayan 10 yaşlı Evnika Saadvakass dünyaca məşhurdur. İllərdən bəri boksla məşğul olan Evnika həddən artıq sürətli zərbə texnikasına malikdir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, peşəkar boks məşqçisi olan Rüstəm Saadvakassın rəhbərliyi ilə 3 yaşında məşqlərə başlamış Evnikanın zərbələrlə ağacı qırdığı video sosial şəbəkələrdə sürətlə yayılır.

Rüstəm Saadvakassın dediyinə görə, Evnika ilə onun 7 bacı-qardaşına 3-4 yaşlarından bəri boksun incəlikərini öyrədir.

"Əvvəlcə Evnikanın ağaca toxunmayaraq zərbələr vurmasını istədim. Bu təmrinlər dəqiqlik üçündür və ağacı qırmaq fikrimiz yoxdur. Lakin Evnika ağacın gövdəsini yumruqlamağa, gövdəni qırmağa çalışmağa başladı. Sonra dedi: "Ata, ağacı qırmaq istəyirəm". Bir qədər sonra o, özün əsl mənasında yumruqları ilə ağac gövdəsini parçaladı," - Rüstəm deyib.

Rüstəmin dediyinə görə, qızı çox sürətli olmaqla yanaşı, zərbələri də çox güclüdür.

10 yaşlı Evnika isə gələcəkdə peşəkar boksçu olmağı, dünya çempionu titulunu qazanmağı arzuladığını söyləyib.

Evnikanın sosial şəbəkələrdə və YouTube-da paylaşılan videolarına indiyədək artıq 892 milyondan artıq baxış olub.


Xəbər lenti