2017-ci ildə sənayedə
çalışan muzdlu işçilərin orta siyahı sayı 194,5 min nəfər təşkil edib,
onların 33,8 min nəfəri mədənçıxarma, 102,7 min nəfəri emal, 26,7 min
nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və
təchizatı, 31,3 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi
və emalı bölmələrində çalışıb.
Dövlət Statistika Komitəsindən
XəzərXəbər-ə verilən xəbərə görə, 2017-ci ildə sənayedə işləyənlərin orta aylıq
nominal əmək haqqı ötən illə müqayisədə 7,6 faiz artaraq 968,8 manata
çatıb. Əmək haqqı mədənçıxarma sənayesində 9,9 faiz, emal sənayesində
7,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və
təchizatı bölməsində 6,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi
və emalı bölməsində isə 1,7 faiz artıb.