Xəzər Xəbər

“Yatan div oyandı” Türk ordusunun dünyada bənzəri olmayan Afrin TAKTİKASI

Dünya | 14:57 • 13 Fevral 2018
“Yatan div oyandı”
Təhlükəsizlk üzrə türkiyəli mütəxəssis, keçmiş "Bordo bereli” Mete Yarar Afrində həyata keçirilən "Zeytun budağı” anti-terror əməliyyatı ilə bağlı maraqlı açıqlamalar verib.

M.Yarar türk ordusunun Afrində hər gün 6-7 kilometr irəlilədiyini deyib: "Halbuki, normal halda minalanmış ərazidə hər gün 15 metrdən artıq irəliləmək mümkün olmur. Bizim əsgərlərimiz isə fərqli cəbhələrdən hər gün 6-7 kilometr irəliləyir. Çünki bizim əsgərlər uzun illərdir bu cür əməliyyatlarda iştirak edir. Hazırda türk ordusunda hər kəsin müharibə təcrübəsi var. Dünyada bu qədər böyük müharibə təcrübəsinə malik olan başqa ordu yoxdur”.



M.Yarar qeyd edib ki, Ərdoğanın da dediyi kimi "yatan divi oyandırdılar”.

"Əsl qorxuları da Türkiyənin oyanması idi”, - deyə türkiyəli mütəxəssis vurğulayıb./publika.az

Xəbər lenti