Xəzər Xəbər

Bakıda “Kitayski” avtomobillər ucuzlaşdı QİYMƏTLƏR

İqtisadiyyat | 10:08 • 9 Fevral 2018
Bakıda “Kitayski” avtomobillər ucuzlaşdı

Avtomobil dilerləri stokda qalan avtomobillərin endirimlə satışını davam etdirirlər. Növbəti endirim kampaniyasını "Great Wall Azərbaycan” şirkəti həyata keçirir.

Şirkətdən Fins.az-a verilən məlumata görə, bəzi modellərə 10%-dək endirim edilir.

Hazırda 2017-ci il model avtomat sürət qutulu Great Wall C30 avtomobili 22800 manata, mexaniki sürət qutulu versiya isə 21400 manata təklif edilir.

Kiçik "Kitayski cip” "M4”ün mexaniki sürət qutulu versiyası 22100 manata, avtomat transmissiyalı isə 22150 manata təklif edilir. 2015-ci il model Wingle 5 pikapı endirimdən sonra 38600 manata təklif edilir.

Marka

Tip

İstehsal ili

Endirimli qiymət

Great Wall C30

Sedan

2017

22800

Great Wall C30

2017 (mexanika)

21400

Great Wall M4

SUV

2017 (mexanika)

22150

Great Wall M4

2017

22100

Great Wall Wingle 5

Pikap

2015

38600

Xəbər lenti