Xəzər Xəbər

DİQQƏT! Son 20 ilin ən güclü maqnit qasırğası gəlir: DNT-yə təsir edə, bədxassəli şiş yarada bilər... - VİDEO

Veb TV | 13:36 • 13 Sentyabr 2017
DİQQƏT! Son 20 ilin ən güclü maqnit qasırğası gəlir:

Son 20 ilin ən böyük maqnit qasırğası Yerə gəlir. Güc axını iki gün tüğyan edəcək. Buna səbəb isə Günəşdə son bir həftədə baş verən güclü alışmalardır. Günəşin bu fəallığı orbitdə kosmik aparatlar və Yer sakinləri üçün çox təhlükəlidir.

Radioaktiv plazma insan bədəninin təşkil olunduğu yumşaq zülal zənciri üçün zərərlidir.

Plazma axını dolu kimi Yerin maqnitosferinə – kosmik və günəş şüalanması nəticəsində yaranan xaosdan yeganə müdafiə sisteminə təsir göstərəcək.

Ekspertlərin sözlərinə görə, maqnit qasırğası bütün orqanizmdə qarışıqlıq yaradacaq.

«Baş ağrısı, arterial təzyiqin yüksəlməsi ola bilər. Kəskin ruhi hal dəyişkənliyi müşahidə ediləcək», - deyə həkimlər bildirirlər.

Qasırğa zamanı bütün orqanizm, xüsusən baş, ürək və ayaq damarları, sinir sistemi zərər görəcək. Hamilə qadınlar ayrı risk qrupudur: Plazma axını DNT-ni «bombardman» edəcək, hüceyrənin strukturunu dəyişə, bədxassədli şişlər əmələ gətirə bilər.


Həkimlər hesab edirlər ki, Günəşdən gələn qasırğa infarkt və insultlara gətirə bilər və bu, təkcə qocalarda müşahidə edilməyəcək. Bundan başqa yuxusuzluq, sinir böhranları , taxikardiya görülə bilər.

Baş verən 4 partlayışın gücü dəhşətli dərəcədə çoxdur. Onu demək olar ki, şüurla dərk etmək mümkün deyil. Yerə elektron və protonlardan ibarət çox qaynar plazma «hücum edir». Maddənin ümumi kütləsi qəribən 10 milyard tondur. Bu trotil ekvivalentində 160 milyard meqatondur. Müqayisə üçün deyək ki, bu dünyada elektrik enerjisinin milyon illik istehlak həcminə bərabərdir.

Bundan başa açıq kosmosa 5 gündür ki, giriş bağlıdır. BKS-də yerldəyişmə məhdudlaşdırılıb. Heyət üzvləri xüsusi bölmədə radiasiyadan qorunurlar.

Tibb işçiləri tövsiyə edirlər ki, meteohəssas insanlar sükan arxasına əyləşməsinlər, metroya düşməsinlər və həkim müayinəsindən keçsinlər. Bir çox insanlar iş arzxasında maqnit qasırğasının təsirini hiss etmirlər. Lakin əslində Yer sakinlərinin 10 faizi bundan əziyyət çəkir.


Faktxəbər

Xəbər lenti