Xəzər Xəbər

Türkiyədə ata qızını zorlayanı belə öldürdü İntiqamın görüntüləri yayıldı - VİDEO

Veb TV | 17:00 • 18 Avqust 2017
Türkiyədə ata qızını zorlayanı belə öldürdü

Türkiyənin Adana şəhərində ata qızına təcavüz edən şəxsi öldürüb.

XəzərXəbər Türkiyə mətbuatına istinadən xəbər verir ki, avqustun 14-də M.R.Y adlı şəxs 15 yaşlı qıza təcavüz edib.

B.Əmrah qızını zorlayan M.R.Y adlı şəxsin iş yerinə gələrək onu öldürəcəyini deyib. Daha sonra B.Əmrah avtomobilin içərisində odlu silahdan 4 dəfə atəş açaraq onu yaralayıb. Həkimlərin bütün səylərinə baxmayaraq, M.R.Y xəstəxanada dünyasını dəyişib.

Saxlanılan B.Əmrah qızının başına gətirilənləri heç kimin övladı yaşamasın deyə bu addımı atdığını deyib: "Azyaşlı köməksiz uşağa təcazvüz edənin cəzası ölümdür. O, sabah bir başqa uşağın da həyatını məhv edərdi. Bu, namus məsələsidir".

Faktla bağlı istintaq başladılıb.



Xəbər lenti